UEFA futbolçunu cəzalandırdı - Polisə görə

İDMAN
00:24
16 Aprel 2020
57

UEFA Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Maykl Santosu 3 oyunluq cəzalandırıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, buna uruqvaylı hücumçunun  Avropa Liqasının 1/16 final mərhələsində "Seltik"lə cavab oyununda (3:1) etdiyi hərəkət səbəb olub. Belə ki, M.Santos komandasının ikinci qolunu çılğın şəkildə qeyd etdiyi zaman onu sakitləşdirməyə çalışan polisi itələyib.

Qeyd edək ki, 1/8 finala yüksələn "Kopenhagen" bu mərhələdə "Başakşəhər"ə rəqib olub.

Xəbər lenti