Türkiyədə azərbaycanlı hakim koronavirusa yoluxdu
Türkiyədə azərbaycanlı futbol hakimində yeni növ koronavirus (COVİD-19) aşkarlanıb.
Sabah.az İHA-ya istinadən xəbər verir ki, bu, həmyerlimiz İsa Məmmədovdur.
Bildirilib ki, Karabük Həvəskar Liqasında hakim kimi fəaliyyət göstərən İ.Məmmədovun dad və qoxu hisslərini itirməsindən sonra xəstəxanaya müraciət edib. Onun COVİD-19 testi müsbət çıxıb. Hazırda həmyerlimizin müalicəsi davam etdirilir.
İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.
Daha çox