Dustaq öldü
Bakıda cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan məhkum, 1973-cü il təvəllüdlü Şahverdiyev Rəhman Sərdar oğlu bu gün həbsxanada ürək çatışmazlığından ölüb.
Qeyd edək ki, R. Şahverdiyev 2017-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 7 il müddətində azadlıqdan məhrum edilib.
Daha çox