Koronavirus Bakıda evlərin kirayə qiymətlərinə də təsir etdi - Video

ÖLKƏ
22:35
15 Aprel 2020
83

Xüsusi karantin rejminin tətbiqi Bakıda bağ evlərinə tələbatı artırıb.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, karantin günlərini fürsət bilənlər bağ evlərinə üz tutur. Elə bu da bağ evlərinin qiymətlərini artırıb. Paytaxtda bina evlərinin qiymətləri isə dəyişməz olaraq qalır.

Reiltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundovun sözlərinə görə, bağ evlərinin kirayəsinə olan tələbin artması qiymətlərə də öz təsirini göstərib.

Bağ evlərindən fərqli olaraq, bina evlərinin kirayəsinə təlabat azalıb. Xüsusilə bu günlərdə təklif edilən evlərin sayı isə xeyli artıb. Buna baxmyaraq, bina evlərinin kirayə qiymətləri dəyişməz olaraq qalır. Ən bahalı kirayə mənzillər yenə də Səbail və Nəsimi rayonlarının mərkəzə yaxın hissələrindədir. Bu ərazilərdə köhnə tikililərdə 2 otaqlı normal bina evinin 1 aylıq kirayə qiymətləri minimum 600 manatdan başlayır, 1000-ə qədər davam edir. Yeni tikililərdəki mənzillərin kirayə qiymətləri isə 800-1500 manat arasında dəyişir.

Xətai, Nərimanov və Yasamal rayonlarında isə kirayə qiymətləri demək olar ki, eynidir. Binəqədi, Nizami və Sabunçu rayonlarında isə digər rayonlarla müqayisədə qiymətlər aşağıdır.

Vəfadar Axundov deyir ki, əgər bina evlərinə tələbat bu cür az olsa, yaxın günlərdə qiymətlər enə bilər.

Xəbər lenti