Terim koronavirusdan tam sağaldı
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusdan tam sağalıb.
Sabah.az xəbər verir ki, 66 yaşlı futbol mütəxəssisi bu barədə "İnstagram" hesabından məlumat verib.
O, son koronavirus testinin mənfi çıxdığını söyləyib. F.Terim həkimlər razılığı verəcəyi təqdirdə, köməyi olan şəxslərə qan verməyə də hazır olduğunu bildirib.
Qeyd edək ki, Fatih Terim ötən ay koronavirusa yoluxmuşdu.
Daha çox