Sərhədi qanunsuz olaraq keçən iranlı narkotacir saxlanıldı
Dövlət Sərhəd Xidməti və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Sərhəd Xidməti və Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən İran İslam Respublikası sakini Həsən Bozorgi saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7.12 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalarla onun sərhədi qanunsuz olaraq keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Daha çox