“Yuventus”un koronavirusa yoluxan futbolçuları sağaldı

İDMAN
20:40
15 Aprel 2020
36

İtaliyanın “Yuventus" klubunun koronavirusa yoluxan futbolçuları Daniel Ruqani və Blez Matuidi sağalıb.

Sabah.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçunun son koronavirus testi mənfi çıxıb. Onlar evlərində karantində qalacaqlar.

Xatırladaq ki,” Yuventus”un daha bir futbolçusu Paulo Dibala da koronavirusa yoluxub.

Xəbər lenti