TƏBİB bugünkü test sayını açıqladı

XƏBƏR
19:57
15 Aprel 2020
91

Bu gün Azərbaycanda koronavirusla bağlı 3661 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 15-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 75 min 397 test edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 56 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 53 nəfər sağalıb. İndiyədək ölkədə 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Xəbər lenti