Kreditlərə bağlı güzəşt olacaq? - Rəsmi açıqlama

GÜNDƏM
18:25
15 Aprel 2020
85

“İstehlak kreditlərinə güzəşt məsələsi müzakirə olunur”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, kreditlərlə bağlı dövlət bir neçə istiqamətdə dəstək paketi hazırlayıb:

“Sahibkarlara güzəştli kreditlər verilir, onların faizlərinin bir qismini dövlət öz üzərinə götürüb. Müqavilə əsasında işləyənlərin əməkhaqqı fonduna dövlət dəstək olur. Bu tədbirlər imkan verəcək ki, onlar öz kreditlərini ödəsinlər. İstehlak krediti götürənlər də əsasən işləyən şəxslərdir. Amma yenə də Mərkəzi Bank bu məsələni müzakirə edir. Yaxın günlərdə bu barədə açıqlama veriləcək”.

Xəbər lenti