“Artıq vəziyyət dəyişir, karantin rejiminin nəticəsi var”
“Karantinlə bağlı fevralın 28-dən aprelin 12-dək olan dövrə yekun vurmaq olar”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, bu dövrdə ilk dəfə olaraq bir gün ərzində sağalma sayı yoluxma sayını üstələdi:
“Bu, pozitiv bir hadisədir. Aprelin 13-də isə yoluxma sağalmanı üstələdi. Artıq ötən həftə aktiv müalicə olan xəstələrin sayı stabil qalıb. Bu gün 836 xəstə var. Vəziyyət artıq dəyişir. Amma bu bizə arxayın olmağa əsas vermir. Bizi karantin rejiminin tələblərinə əməl etməyə ruhlandırmalıdır. Riayət etdiyimiz karantin rejiminin nəticəsi artıq var”.
Daha çox