Ağsuda maşın 5 yaşlı qızı vurub öldürdü

HADİSƏ
16:42
15 Aprel 2020
60

Ağsu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, aprelin 14-də saat 17 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.