Daha 115 nəfər yas icazəsi ilə bağlı cəzalandırıldı - Fotolar
Aprelin 14-ü və 15-i tarixləri arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 115 nəfərin şəxsiyyəti müəyyən edilib.
Sabah.az xəbər verir ki, həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb.
Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə edilib. Bir nəfər barəsində isə inzibati qaydada məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb.
Daha çox