100 min şəxsə birdəfəlik ödəniş edilib
Məşğulluq mərkəzlərində və ya e-sosial.az portalında işsiz kimi qeydiyyata alınmış 100 min şəxsə 19 milyon manat dəyərində maliyyə yardımı edilib.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Bildirilib ki, aprelin 9-dan etibarən və gündəlik olaraq 190 manat məbləğində birdəfəlik ödəmə vəsaitlərinin bank və poçt filiallarına köçürülməsi həyata keçirilir.
Artıq 100 min işsiz şəxs üçün bu vəsait köçürülüb.
Daha çox