Bakıda iki bacı dəm qazından zəhərlənib öldü

HADİSƏ
10:46
15 Aprel 2020
78

Bakıda iki bacı dəm qazından boğularaq ölüb.

Sabah.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə Prospektində yerləşən ev 34, mənzil 4-də qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan Qax rayonu sakinləri - 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və onun bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərlənərək ölüblər.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs Bakıda fəaliyyət göstərən şirkətlərin birində reklam agenti işləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti