Modul xəstəxanaların inşasına başlandı - Video

XƏBƏR
01:58
15 Aprel 2020
102

Koronavirus pandemiyasına qarşı mübarizənin daha da gücləndirilməsi üçün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, hər biri 200 yerlik olan 6 modul xəstəxananın tikintisi həyata keçirilir.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu xəstəxanalardan biri Sumqayıt şəhərində quraşdırılır. Xəstəxananın bir aya istifadəyə verilməsi nəzərdə tutulur.

Sumqayıda fəaliyyət göstərəcək modul xəstəxana 3 bölmədən ibarət olacaq. Hazırda binanın qurulması üçün təmələ beton tökülür. Artıq bölmələrdən birinin beton örtüyü döşənib. Eləcə də əraziyə su, təbii qaz və elektrik enerjisi xətti çəkilib.

Xəstəxanada infeksiyaya tutulmuş xəstələrin müalicə almaları üçün bütün zəruri imkanlar yaradılacaq. Palataların hər biri süni tənəffüs aparatı və digər lazımi avadanlıqla təchiz ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti