Keçmiş deputatın oğlu da deputat oldu

XƏBƏR
17:38
10 Fevral 2020
188

Parlament seçkilərində qalib gələnlər arasında sabiq deputat Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə də var.

Sabah.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) 27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədi olan Ə.Salahzadə 57.6 faiz səslə qələbə qazanıb.

Qeyd edək ki, Qalib Salahzadə Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Onun digər oğlu Əlihüseyn Salahzadə şeyxin kürəkənidir.

Xəbər lenti