Karantin qaydasını pozan milli futbolçunu qovdular
Çinin "Quançjou Everqrand" klubu karantin qaydasını pozan futbolçusu Yu Hançao ilə yolları ayırıb.
Qol.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi avtomobilindəki nömrəni saxtalaşdırmağa çalışıb. Çin millisinin üzvü ona avtomobil sürməyə imkan verəcək nömrə taxıb.
Polis futbolçunu saxlayıb və bu barədə "Quançjou Everqrand" klubuna məlumat verib. Klub rəhbərliyi isə bu hərəkətinə görə Y.Hançaonu cəzalandırıb və onunla müqavilə birtərəfli qaydada ləğv edilib.
Daha çox