“Bütün məsələlər havada qalıb” - Ağadadaş Ağayev+ Video

ÖLKƏ
15:35
28 Noyabr 2024
115

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsindəki ilk baxış iclasında prokuror ittihamı elan edəcək.

Xalq artisti məhkəmədən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

İttihamda deyilir ki, Ağadadaş Ağayev hadisə günü “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilova kobud formada səslənərək onu yanına çağırıb. Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq sözlər işlədib. Daha sonra isə  əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınaraq hospitalda xadimə işləyən qadının ayağına dəyib.

İstintaq materiallarında yazılır ki, bundan sonra təqsirləndirilən müğənni ilə mühafizəçi arasında əlbəyaxa dava başlayıb.

Bu əməlləri ilə Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət törədib. O bu maddə ilə təqsirli bilinərsə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Ağadadaş Ağayev məhkəmədə vəkili Asim Abbasovla birgə iştirak edir. Müğənni Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə verilmiş ittihamla razılaşmır.

***

A.Ağayev ifadə verib:

“Mən özümü təqsirli bilmirəm. Ona görə indi çıxış etmək istəmirəm. Bir onu deyə bilərəm ki, bütün məsələlər havada qalıb, hər şey məntiqdən kənardır”.

A.Ağayevin vəkilinin xahişi ilə müvəkkilinin dindirilməsi bu 3 dekabra kimi salınıb.

Xəbər lenti