Bunlara görə cərimə tətbiq olunacaq - Sürücülərin nəzərinə

XƏBƏR
23:58
14 Aprel 2020
142

Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cərimə müəyyənləşir. 

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 351-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınmasına görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunacaq.

Qeyd edək ki, bu maddədə nəzərdə tutulmuş əməl külli məbləğdə (50 min manatdan artıq) ziyan vurduqda Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Xəbər lenti