AZAL-dan Çinə uçuşlarla bağlı yeni qərar

İQTİSADİYYAT
17:18
10 Fevral 2020
86

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşları əvvəlcədən deyildiyi kimi martın 8-i deyil, 31-də bərpa edəcək.

Sabah.az xəbər verir ki, bu barədə “Report”a AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Xatırladaq ki, AZAL Çinə uçuşları bu ilin yanvarın 27-dən dayandırıb və bunu sözügedən istiqamətdə tələbatın azalması ilə izah edib. Aviaşirkətin qərarı Çində koronavirusun yayılması ilə üst-üstə düşüb.

Qeyd edək ki, indiyə qədər koronavirus ucbatından 813 nəfər ölüb, 37 198 nəfər isə bu virusa yoluxmuş hesab olunur. Onlardan 6 188-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Çində yayılmış epidemiya ilə əlaqədar dünyanın bir sıra ölkələri ilə Çin arasında birbaşa aviareyslərin təşkili müvəqqəti təxirə salınıb.

Xəbər lenti