“O bəyanatı imzalamaqla doğru qərar verdim” - Paşinyan

XƏBƏR
17:59
14 Noyabr 2024
243

“9 noyabr 2020-ci il tarixli bəyanatı imzalayarkən heç kimin fikri məni maraqlandırmırdı”.

Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“9 noyabr 2020-ci ildə bir çox həmkarlarım ofisimdə idilər. Mən dedim: “İndi məni heç kimin fikri maraqlandırmır, bu məsuliyyəti öz üzərimə götürürəm və mən bu bəyanatı imzalayacağam”. Hesab edirəm ki, doğru qərar verdim. Başqa bir sual budur ki, mən bunu niyə etdim”, - Paşinyan deyib.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, insan məsuliyyəti öz üzərinə götürməlidir.

Xəbər lenti