İlham Əliyev FIFA-nın prezidenti ilə görüşdü

XƏBƏR
14:30
12 Noyabr 2024
122

Azərbaycan Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Sabah.az xəbər verir ki, əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.

Xəbər lenti