Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır - Siyahı

ÖLKƏ
11:10
9 Noyabr 2024
242

COP29-la əlaqədar 15 marşrutun fəaliyyəti dayandırılır.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 15 sayda müntəzəm marşrutun (1, 4, 7B, 24, 37, 54, 140E, 141E, 150, 162, 168, 169, 205, 216 və 120E nömrəli) fəaliyyəti müvəqqəti dayandırılacaq.

Bu proses 11-22 noyabr tarixlərini əhatə edəcək.

Tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına uyğun olaraq marşrutların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək.

Xəbər lenti