Koronavirusa yoluxan Fellainidən xəbər var
“Mançester Yunayted”in sabiq futbolçusu, hazırda Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellaini koronavirusa qalib gəlib.
Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi müalicə olunduğu xəstəxadan evə buraxılıb. Belçikalının 14 gün müddətində karantində olacağı bildirilib.
Qeyd edək ki, Fellainidə martın 22-i koronavirus aşkarlanmışdı.
Daha çox