Bıçaqla oynayan 5 yaşlı uşaq öldü

XƏBƏR
11:06
2 Noyabr 2024
47

Şabran rayonunda bədbəxt hadisə baş verib.

Sabah.az Report-a istinadən xəbər verir ki, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti