Qəzada ölən Nazim 6 uşağına tək baxırmış

XƏBƏR
11:09
31 Oktyabr 2024
369

Xəbər verdiyimiz kimi, ötən gün Astarada yük avtomobili tərəfindən vurulan rayon sakini vəfat edib.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş.

Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlik səbəbilə ölüb.

Məktəbli və azyaşlı uşaqlarına isə N.Baxşiyev özü baxırmış.

Xəbər lenti