Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş

ÖLKƏ
11:07
31 Oktyabr 2024
106

Xəbər verdiyimiz kimi, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.

O, rəfiqəsi Bakı Ali Neft Məktəbinin Magistratura şöbəsinin əməkdaşı olan İ.Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.

İ.Bayramova Bakıya gətirilərkən yolda, G.Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib.

Fotoda İlahə Bayramova

Xəbər lenti