Zaurun cəzası azaldıldı

ÖLKƏ
12:34
30 Oktyabr 2024
135

Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

Ən üst instansiya məhkəməsi məhkum FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib.

Qərar digər hissələrdə dəyişdirilməyib. Bununla da onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir.

Xəbər lenti