“Tarqovı”dakı mənzildə faciəvi şəkildə öldü

XƏBƏR
11:49
28 Oktyabr 2024
120

Bakıda 18 yaşlı oğlan dəm qazından ölüb.

Sabah.az xəbər verir ki, dünən saat 18 radələrində Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Ramal Cabir oğlu Hüseynovun meyiti “Tarqovı” məhəlləsi kimi tanınan ərazidə - Tolstoy küçəsi ev 156-nın hamam otağında tapılıb.

Orada kirayə qalan gəncin dəm qazından zəhərlənərək ölməsi bildirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

“Unikal”ın məlumatına görə, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi idi.

O, idman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırdı.

Xəbər lenti