Mingəçevirdə piknik edənlər cərimələndi

XƏBƏR
17:12
14 Aprel 2020
81

Mingəçevirdə “Dəniz yolu” deyilən ərazidə azyaşlı övladlarının da iştirakı ilə piknik təşkil edən şəxslər müəyyən edilib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, onların Mingəçevir şəhər sakinləri Natiq Qənbərov, Sərxan Nəsirov, Vüsal İsmayılov, Nicat Quliyev və Məhəmməd Abdullayev olduqları məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub və cərimə ediliblər.

Xəbər lenti