Baş nazirin sabiq müavininin oğlu Almaniyada itkin düşüb - Yenilənib

HADİSƏ
12:52
17 Oktyabr 2024
51

Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.

Sabah.az-ın xəbərinə görə, bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.

Bildirilir ki, T.Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.

Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib.

Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.

***

“Qafqazinfo”nun məlumatına görə, Tamerlan Təhməzov Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Əli Təhməzovun oğludur.

Əli Təhməzov 1993-94-cü illərdə baş nazirin müavini olub.

Xəbər lenti