Tovuzda şərab zavodu yanır - Video+Yenilənir

HADİSƏ
12:49
17 Oktyabr 2024
98

Tovuzda şərab zavodu yanır.

Sabah.az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən şərab zavodunda anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda  yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

FHN-in yaydığı son məlumata görə, zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti