Bu məktəbdə niyə 3 gündür işıq yoxdur?

XƏBƏR
13:33
16 Oktyabr 2024
87

“182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Sabah.az-a verilən məlumata görə, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Rəsmi məlumata görə, hazırda məktəbdə tədris prosesi davam edir.

Qeyd edək ki, məktəbdə 3 gündür elektrik enerjisinin verilməsində problem yarandığına dair Report məlumat yayıb.

Xəbər lenti