Bu yolda sürət həddi endirildi

XƏBƏR
14:47
12 Oktyabr 2024
134

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sabah.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat-sürət tablolarında dəyişiklik edilib.

Tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Xəbər lenti