Başqasının avtomobili ilə karantini pozdu, həbs edildi

XƏBƏR
14:22
14 Aprel 2020
44

Cəlilabad rayonunun Abdullu kənd sakini Yusif Nəziyev şəhər ərazisində xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən idarə etdiyi “Mersedes” markalı avtomobillə polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu, eyni zamanda başqasına məxsus avtomobili idarəetmə hüququ olmadan sürdüyü müəyyən edilib.

Y.Nəziyev ərazidən uzaqlaşmaq istəsə də saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Həmin şəxs inzibati qaydada həbs edilib.

Xəbər lenti