Qətl anasının gözü qarşısında olubmuş
Bu il iyunun 14-də Tərtər rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə Sabah.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyev ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Daha çox