15 yaşlı Sevincin qətlində şübhəli bilinirdi, meyiti tapıldı - Foto
Bərdədə itkin düşmüş və 2 gün sonra meyiti tapılan 15 yaşlı Sevinc Abbaslının qətlində şübhəli bilinərək istintaqdan yayınan şəxsin meyiti tapılıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sentyabrın 1-də 2009-cu il təvəllüdlü Abbaslı Sevinc Rəşad qızının itkin düşməsi barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Sentyabrın 3-ü S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlu tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Onun meyiti oktyabrın 7-si Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
31 yaşlı Kənanın intihar etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Daha çox