“Azərenerji” ASC-nin Prezidentinə şiddətli töhmət verilib

ÖLKƏ
14:30
5 Oktyabr 2024
453

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

Sabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Xəbər lenti