Metroda 2 nəfəri döyüb qaçdı
15:17
2 Oktyabr 2024
261“Bakı Metropoliteni”nin “Nizami” stansiyasında insident baş verib.
Sabah.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs xuliqanlıq zəminində 30 və 14 yaşlı iki nəfəri döyərək ərazidən uzaqlaşıb.
Metropolitendə Polis İdarəsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 27 yaşlı Q.Sadıqov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox