Rusiyada pandemiyaya yoluxanların sayı 21 mini keçdi

XƏBƏR
12:01
14 Aprel 2020
43

Rusiyada koronavirusa yoluxanların sayı artıb.

Sabah.az xəbər verir ki, ölkənin Operativ Qərargahının verdiyi məlumata görə, son sutka ərzində daha 2 774 nəfər koronavirusa yoluxub, 22 nəfər isə virusdan həyatını itirib.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 21 min 102 nəfərə, pandemiyadan ölənlərin sayı 170 nəfərə, sağalanların sayı isə 1 694 nəfərə çatıb.

Xəbər lenti