“Saxla” əmrinə tabe olmadı, 15 sutkalıq həbs edildi

XƏBƏR
16:30
28 Sentyabr 2024
165

Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib.

Bu barədə Sabah.az-a DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi verilib. Lakin sürücü, Hacıqabul rayon sakini Alim Əzizov tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etdiyi məlum olub.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə A.Əzizov sürücülük hüququndan 1 illik məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

Xəbər lenti