Müharibə iştirakçılarına qarşı dələduzluq - “Hüquq müdafiəçisi” həbs olundu

XƏBƏR
15:02
26 Sentyabr 2024
112

Bakının Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edilib.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin keçirdiyi tədbirlərlə vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.

Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi RPİ-də cinayət işi başlanılıb.

Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Xəbər lenti