Keçmiş məhkum eyni əməlinə görə saxlanıldı
Zaqatalanın Yuxarı Tala kəndində yerləşən evlərin birindən mart ayında qızıl-zinət əşyaları oğurlanıb.
Sabah.az DİN-ə istinadən məlumatına görə, hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 5000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox