Britaniyada koronavirusdan ölənlərin sayı daha 717 nəfər artdı
Böyük Britaniyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı son sutkada daha 717 nəfər artıb.
Sabah.az xəbər verir ki, ölkədə pandemiyadan ölənlərin sayı 11 min 329 nəfərə çatıb. Virusa yoluxanların sayı isə son 24 saat ərzində 4 342 nəfər artaraq 88 min 621 nəfər olub.
Qeyd edək ki, İngiltərənin Xarici işlər naziri Dominik Rab tətbiq olunan komendant saatının bir müddət də davam edəcəyini bildirib. Həmçinin Pasxa (Ester) bayramı zamanı insanları evdə qalmağa çağırıb.
Daha çox