Dünən Yol Polisi 2204 nəfəri cərimələyib

ÖLKƏ
10:01
14 Aprel 2020
45

Dövlət Yol Polisi İdarəsi dünən ölkə ərazisində karantin qaydalarını pozanlarla bağlı məlumatı açıqlayıb.

Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 13 aprel saat 00:00-dan 14 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 204 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 18 min 687 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti