Asif Əsgərovla Heydər Əsədov da vəzifəsini itirdi

XƏBƏR
15:05
23 Sentyabr 2024
127

Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sabah.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Dövlət başçısının digər Sərəncamı ilə Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, onlar sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiliblər.

Xəbər lenti