Silahla ehtiyatsız davranan leytenant həlak oldu

ÖLKƏ
09:40
23 Sentyabr 2024
105

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Sabah.az-ın məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti