Avtobusdan yıxılıb ölmüşdü - Sürücü cəzalandırıldı

XƏBƏR
17:56
20 Sentyabr 2024
159

Mayın 21-də Sabunçu rayonu ərazisində qadının avtobusdan yıxılıb öldüyü hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 173 saylı marşrut xəttinə məxsus avtobusun sürücüsü 30 yaşlı Sarvan Məhərrəmova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – ölmülə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə qeyd olunub ki, həmin gün 64 yaşlı Tamella Nadir qızı Cəfərova nəvəsini məktəbdən götürərək evə getmək üçün avtobusa minib. Əvvəlcə avtobusa azyaşlı uşaq minib. T.Cəfərova onun ardınca avtobusa qalxmaq istəyərkən sürücü nəqliyyat vasitəsini hərəkətə başladıb və qadın yıxılaraq təkərin altında qalıb. T.Cəfərova hadisə yerində vəfat edib.

Məhkəmədə mərhumun oğlu sürücüyə qarşı mülki iddia da qaldırıb və 25 min manat tələb edib. Lakin məhkəmə mülki iddianı baxılmamış saxlayıb.

Sürücü S.Məhərrəmova isə 1 il sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Xəbər lenti