İtkin iki şəhidimiz dəfn olundu - Yenilənir

XƏBƏR
13:25
20 Sentyabr 2024
16

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Mübariz İlyas oğlu Məmmədov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Sabah.az Azərtac-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

***

Uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Tərlan Kamal oğlu Rüstəmov paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.

Xəbər lenti