Dumana düşən “Prado” 400 metrdən dərəyə aşdı

XƏBƏR
12:44
20 Sentyabr 2024
32

Dünən gecə saatlarında Astara rayonunda ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonun yüksək dağlıq hissəsində - Asxanakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota Land Cruiser Prado” markalı avtomobil təxminən 400 metr hündürlükdən dərəyə yuvarlanıb.

Nəticədə sürücü - 1952-ci il təvəllüdlü Şahin Xaliq oğlu Şiriyev vəfat edib. Avtomobildə olan sərnişin Mətləb Vaqif oğlu Rzayev isə müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bildirilir ki, qəzaya düşən şəxslər qohumdur. Onlar yaxınlıqdakı kənddən qonaqlıqdan qayıdırmış və dağda dumana düşüblər. Bu zaman sürücünün görmə məsafəsinin tam məhdudlaşması ilə avtomobil dərəyə yuvarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Astara RPŞ-də araşdırma aparılır.

Xəbər lenti